Avropa Rusiyadan neft və təbii qaz idxalını dayandırsa da, bir çox Şərqi Avropa ölkələri bu qazı Ukrayna ərazisindən keçən boru kəməri ilə almağa davam edir.

İndex.az xəbər verir ki, sözügedən tranzit razılaşmasını əhatə edən saziş bu ilin sonunda başa çatır.

Digər tərəfdən, müharibə getdikcə, əksər bazar müşahidəçiləri qazın nəhayət dayanacağını gözləyirlər.

“Bloomberg”ə danışan və danışıqlar özəl olduğu üçün adının açıqlanmasını istəməyən mənbələrə görə, Avropa hökuməti və şirkət rəsmiləri ukraynalı həmkarları ilə gələn il qaz axınının necə təmin ediləcəyi ilə bağlı danışıqlar aparır.

Bundan əlavə, sözügedən mənbələrə görə, Avropa şirkətlərinin Azərbaycandan qaz almaq və qazı Avropaya gedən Rusiya boru kəmərlərinə doldurmaq da bir variantdır.