AZ

Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar bu ay başlayacaq- Ursula fon der Lyayen

Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar iyunun sonunda başlayacaq.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Berlində Ukraynanın bərpasına dair konfransda bildirib.

Onun sözlərinə görə, bu ayın sonuna qədər Aİ üç il müddətinə 50 milyard avroluq proqram çərçivəsində maliyyələşmənin bir hissəsi kimi Kiyevə 1,9 milyard avro ödəyəcək.

Bundan başqa, AK rəhbəri Kiyevə dizel generatorları və günəş panellərini göndərməyə söz verib.

Daha əvvəl Avropa Komissiyası Aİ üzvlərinə Ukrayna və Moldova ilə ittifaqa qəbulla bağlı danışıqlara başlamağı tövsiyə etmişdi. AK nümayəndəsi Ana Pizoneronun sözlərinə görə, Kiyev və Kişinyov Aİ-nin bir hissəsi olmaq üçün bütün şərtləri yerinə yetiriblər.

Azpost.info

Seçilən
86
47
azpost.info

10Mənbələr