AZ

Si Cinpin beynəlxalq ictimaiyyəti Ukraynada sülh üçün şərait yaratmağa çağırıb

Çin prezidenti Si Cinpin beynəlxalq ictimaiyyəti Ukraynada atəşkəs üçün birgə şərait yaratmağa çağırıb.

“Operativ Media” xəbər verir ki, bu barədə o, Pekində Macarıstanın baş naziri Viktor Orbanla görüşündə müvafiq bəyanatla çıxış edib.

“Beynəlxalq ictimaiyyət birbaşa dialoqu və danışıqları bərpa etmək üçün hər iki tərəfə şərait yaratmalı və kömək göstərməlidir, yalnız bütün böyük dövlətlər mənfi enerji əvəzinə müsbət enerji nümayiş etdirdikdə, Ukrayna münaqişəsində tezliklə atəşkəs əldə oluna bilər”, deyə bildirib.

Çin Xalq Respublikasının sədri vurğulayıb ki, Çin öz yolu ilə fəal şəkildə sülh axtarır və danışıqları təşviq edir, Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri həvəsləndirir və dəstəkləyir.

Orban Çinə səfər edib. İyulun 5-də o, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
25
operativmedia.az

10Mənbələr