AZ

Çində 4 ABŞ akademiki bıçaqlandı

Çində ictimai parkda naməlum şəxs tərəfindən bıçaqlanan 4 ABŞ akademiki xəstəxanaya yerləşdirilib.

Turkustan.az xəbər verir ki, Universitetdən verilən açıqlamada, Ayova Kornell Universitetinin alimlərinin Çinin şimalındakı Jilin əyalətindəki parka gündüz səfərləri zamanı baş verən "ağır hadisə"də yaralandığı bildirilib.

Ayova ştatının nümayəndəsi Adam Zabner deyib ki, bıçaqlanma kimi təsvir etdiyi hadisədə yaralanan 4 nəfərdən biri onun qardaşı Daviddir.

TRT Haber-in BBC-dən hazırladığı xəbərə görə, qrup yerli məbədi ziyarət edərkən bıçaqlı bir adamın hücumuna məruz qalıb.

Cənab Zabner bildirib ki, qardaşı Beyşan parkında qolundan bıçaqlanıb və vəziyyəti stabil olaraq xəstəxanada müalicə olunub.

ABŞ Dövlət Departamentinin sözçüsü Jilin şəhərində bıçaqlanma hadisəsindən xəbərdar olduqlarını, lakin əlavə məlumat verə bilməyəcəklərini bildirib.

Kornell Universiteti Çindəki bir universitetlə əməkdaşlıq çərçivəsində dörd akademikin dərs dediyini açıqlayıb.

Parka səfərləri zamanı onu Beihua Universitetinin müəllimi müşayiət edib.

Çin rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib, lakin hadisədən sonrakı görüntülər sosial mediada sürətlə yayılıb.

Paylaşılan görüntülərdə ən azı 3 nəfərin qanlar içində yerdə uzandığı görünür.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
turkustan.az

6Mənbələr