AZ

4 amerikalı alim bu ölkədə bıçaqlandı - Rəsmilər hərəkətə keçdi

Çində ictimai parkda naməlum şəxs tərəfindən bıçaqlanan 4 amerikalı akademik xəstəxanaya yerləşdirilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə alimlərin fəaliyyət göstərdikləri “Ayova Cornell” Universiteti məlumat yayıb. Bildirilib ki, akademiklər Çinin şimalındakı Jilin əyalətindəki parkda gündüz gəzintisi zamanı baş verən hadisədə yaralanıblar.

Yaralananlardan biri Ayova vilayətinin təmsilçisi Adam Zabnerin qardaşı Daviddir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi bıçaqlanma hadisəsindən xəbərdar olduqlarını bildirib. Lakin insidentlə bağlı əlavə məlumat verməyib.

Çin rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
news24.az

5Mənbələr