AZ

Çində ABŞ-dan olan dörd müəllim bıçaqlanıb

Çində ictimai parkda ABŞ-dan olan dörd müəllim naməlum şəxs tərəfindən bıçaqlanıb, yaralılar xəstəxanaya yerləşdirilib. Bizimyol.info xəbər verir ki, Universitetdən verilən açıqlamada, Ayova Kornell Universitetinin alimlərinin Çinin şimalındakı Jilin əyalətindəki məbədi ziyarət etdikləri zaman baş verən hadisədə yaralandıqları bildirilib. Ayova ştatının nümayəndəsi Adam Zabner deyib ki, onun qardaşı David bıçaqlanaraq yaralanan 4 nəfərdən biri olub. O, ifadəsində bildirib ki, qrup yerli məbədi ziyarət edərkən onlara bıçaqla silahlanmış bir şəxs hücum edib. Cənab Zabner bildirib ki, qardaşı Beyşan parkında qolundan bıçaqlanıb və vəziyyəti stabil olaraq xəstəxanada müalicə olunub. ABŞ Dövlət Departamentinin sözçüsü Jilin şəhərində bıçaqlanma hadisəsindən xəbərdar olduqlarını, lakin əlavə məlumat verə bilməyəcəklərini bildirib. Kornell Universiteti Çindəki bir universitetlə əməkdaşlıq çərçivəsində dörd müəllimin orada dərs dediyini açıqlayıb. Parka səfərləri zamanı onu Beihua Universitetinin müəllimi müşayiət edib. Çin rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib, lakin hadisədən sonrakı görüntüləri sosial mediada sürətlə yayılıb. Paylaşılan görüntülərdə ən azı 3 nəfərin qanlar içində yerdə uzandığı görsənib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
bizimyol.info

2Mənbələr