AZ

4 amerikalı alim bu ölkədə bıçaqlandı

Çində ictimai parkda naməlum şəxs tərəfindən bıçaqlanan 4 amerikalı akademik xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə alimlərin fəaliyyət göstərdikləri “Ayova Cornell” Universiteti məlumat yayıb. Bildirilib ki, akademiklər Çinin şimalındakı Jilin əyalətindəki parkda gündüz gəzintisi zamanı baş verən hadisədə yaralanıblar.

Yaralananlardan biri Ayova vilayətinin təmsilçisi Adam Zabnerin qardaşı Daviddir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi bıçaqlanma hadisəsindən xəbərdar olduqlarını bildirib. Lakin insidentlə bağlı əlavə məlumat verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
publika.az

5Mənbələr