AZ

Cənubi və Şimali Koreya sərhədində insident baş verib

Cənubi

Pekin, 11 iyun, AZƏRTAC

Cənubi Koreya ilə Şimali Koreya arasında faktiki sərhəd rolunu oynayan hərbi demarkasiya xəttində insident baş verib.

AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinin baş qərargah rəisləri komitəsinə istinadla belə xəbər yayıb.

Komitənin açıqlamasında bildirilir ki, Şimali Koreyanın bir qrup hərbi qulluqçusu Demilitarizasiya Zonasındakı demarkasiya xəttindən cənub tərəfə keçiblər. Cənubi Koreya hərbçiləri onları geri qaytarmaq üçün xəbərdarlıq atəşi açıb. Bundan sonra Şimali Koreya hərbçiləri öz tərəflərinə qayıdıb. Hadisənin iyunun 9-da günorta saatlarında baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, son vaxtlar iki Koreya arasında vəziyyət daha da gərginləşib. Ötən ilin noyabrında Şimali Koreyanın hərbi kəşfiyyat peykini orbitə çıxarmasına cavab olaraq Seul 2018-ci ildə imzalanmış Koreyalararası hərbi deskalasiya sazişinin bəzi müddəalarını dayandırdığını elan etmişdi. Pxenyan bunun ardınca müqavilədən tamamilə çıxdığını bəyan edib.

Son günlər Şimali Koreyadan cənub tərəfə hava balonları ilə bir neçə dəfə zibil göndərilməsindən sonra sözügedən saziş tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
azertag.az

10Mənbələr