AZ

“Fənərbaxça” onunla anlaşır

"Benfika" ilə müqaviləsi başa çatan Rafa Silvanın "Fənərbaxça"ya keçəcəyi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

31 yaşlı hücumçunun İstanbul klubu ilə razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, Rafa Silva 2016-cı ilin yayından "Benfika"da çıxış edirdi. Portuqaliyalı futbolçu son mövsümdə çıxdığı 52 rəsmi matçda 22 qol vurub, 15 məhsuldar ötürmə edib. Tanınmış oyunçunun bazar dəyəri 14 milyon avrodur.

Seçilən
94
50
qafqazinfo.az

10Mənbələr