AZ

Bayden və Makron dondurulmuş Rusiya aktivləri ilə bağlı razılığa gəldilər


ABŞ Prezidenti Co Bayden bazar günü Fransa Prezidenti Emmanuel Makronla Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya kömək etmək üçün istifadə edilməsi barədə razılığa gəldiklərini bildirib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, Bayden hər iki ölkə liderlərinin məsələ ilə bağlı razılıq əldə edib-etmədikləri barədə suala “Bəli və yenə də bəli”, - cavabını verib.
Qeyd edək ki, hazırda G7 və Aİ ölkələri Qərbdə immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən mənfəətdən Ukraynaya böyük məbləğdə ilkin kredit təmin etmək, həmçinin, 2025-ci ilə qədər Kiyev üçün təminatlı maliyyə ayırmağın üsulları barədə düşünür.
Rusiya Mərkəzi Bankının 260 milyardlıq vəsaiti bütün dünyada dondurulub və bunun ən böyük hissəsi Aİ-yə aiddir. Bu fondlar ildə 2,5 ilə 3,5 milyard avro arasında mənfəət əldə edir. Aİ rəsmiləri bildirirlər ki, müqavilə əsasında sözügedən mənfəət Rusiyaya aid deyil və ona görə də bu, gözlənilməz gəlirdir.
ABŞ-nin müdafiə etdiyi ideya bu mənfəətdən təkrarlanan gəlir mənbəyi kimi istifadə etməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
33
yeniavaz.com

10Mənbələr