AZ

Medvedev: "Şoltsla Makronun istefasının vaxtı çatıb"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun istefa verməsinin vaxtı çatıb.

Oxu24.com xəbər verir ki, Medvedev Avropa Parlamentinə (AP) seçkilərin nəticələrini şərh edərək, bu barədə X sosial şəbəkəsində yazıb.

Siyasətçinin fikrincə, AP-yə seçkilərin nəticələri Almaniya və Fransanın öz vətəndaşları, eləcə də ölkələrin iqtisadiyyatları bahasına təmin etdiyi səriştəsiz siyasətin və Ukraynadakı Bandera rejiminə dəstəyin nəticəsidir. 

"Gözləyin və sonra nə olacağını görün. Şolts və Makronun tarixin zibil qutusuna getməklərinin vaxtı gəldi",-deyə Medvedev qeyd edib.

Mənbə: Vesti.ru

Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
26
oxu24.com

10Mənbələr