Almaniya Fransadan sonra erkən seçki keçirməkdən imtina edib
Almaniya Avropa Parlamentinə seçkilərdən sonra növbədənkənar seçkilər keçirməyəcək. Bu barədə Almaniya hökumətinin nümayəndəsi bildirib.Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu bəyan edib. Birinci tur iyunun 30-a, ikinci tur isə iyulun 7-nə təyin edilib.Fransa liderinin sözlərinə görə, Ukraynaya yardıma qarşı çıxan partiyalar Avropa Parlamentinə seçkilərin nəticələrindən sonra mövqelərini gücləndiriblər.Mənbə: Reuters
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta