AZ

Almaniya hökuməti Bundestaqa erkən seçkilər elan etmək fikrində deyil

Avropa Parlamentinə seçkilərdə koalsiyanın zəif nəticələri fonunda müxalifətin çağırışını şərh edən Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebeştrayt bildirib ki, hakim koalisiyaya daxil olan partiyalar bu barədə "bir saniyə belə” düşünməyiblər.
 
O, Almaniyada növbəti parlament seçkilərinin 2025-ci ilin payızına təyin edildiyini və hökumətin bu plana əməl etmək niyyətində olduğunu vurğulayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Deutsche Welle” məlumat yayıb.

Bazar günü keçirilən Avropa Parlamenti seçkilərində kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası səslərin 13,9 faizini, onların hakim koalisiya tərəfdaşları olan Yaşıllar və Azad Demokrat Partiyası isə müvafiq olaraq 11,9 faiz və 5,2 faiz səs toplayıb. 

Müxalifətin mühafizəkar bloku CDU/CSU 30%, sağ populist "Almaniya üçün alternativ” isə 15,9% səs toplayıb. CSU lideri Markus Söder hakim koalisiyanın "artıq heç bir xalq dəstəyinə malik olmadığını” söyləyib və Bundestaqa erkən seçkilərin mümkün qədər tez keçirilməsinə çağırıb. Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronun AP-yə seçkilərdə partiyasının uğursuzluğundan sonra parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etməsini misal çəkib. Sröder həmçinin Almaniya hökumətini Türingiya, Saksoniya və Brandenburqda keçiriləcək əyalət seçkilərində "Almaniya üçün alternativ”in uğurunun qarşısını almaq üçün miqrant siyasətlərini əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirməyə çağırıb. Nəticələr açıqlandıqdan dərhal sonra "Almaniya üçün alternativ”in həmsədri Alis Vaydel bildirib ki, kansler "yenidən seçkilərə yol açmalıdır”. 

"Dünənki səsvermə Almaniyanın kansler və onun koalisiyasının əleyhinə səs verdiyini göstərdi”, - siyasətçi X sosial şəbəkəsində yazıb. Buna Almaniya  hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt cavab verib ki, koalisiya partiyalarının uğursuzluğundan sonra Almaniya hökuməti belə bir addım atmağı düşünmür. "Hökumət bir an və bir  saniyə belə Almaniyada təkrar seçkilər ideyası ilə çıxış etməyib", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
O əlavə edib ki, parlamenti buraxan Fransa prezidenti Emmanuel Makronun nümunəsi iki ölkənin siyasi sistemlərindəki fərqə görə aktual deyil. 

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
22
qaynarinfo.az

10Mənbələr