AZ

Almaniya erkən seçkiyə gedəcək?

Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərdə səslərin hesablanması başa çatıb və nəticəyə görə Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsun SPD partiyası üçüncü yeri tutub. Seçki komissiyasının məlumatına görə, partiya öz tarixində ən pis nəticə göstərib - 13,9%. 

Hit.az xəbər verir ki, müxalifət Bundestaqın buraxılmasını tələb edib. Almaniya Federativ Respublikası hökuməti yenidən seçkiləri nəzərdən keçirmədiklərini bəyan edib.

Almaniyada keçirilən seçkilərin nəticələrinə görə, müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri (CDU/CSU) bloku 30 faiz səslə birinci yeri tutub. İkinci yeri 15,9% səslə sağçı Almaniya üçün Alternativ (AdG) partiyası tutub. Üçüncü yerdə kansler Olaf Şoltsun SPD-si qərarlaşıb. Onun nəticəsi 13,9% təşkil edib.

Nəticələrin açıqlanmasından dərhal sonra AdG-nin həmsədri Elis Veydel deyib ki, kansler yenidən seçkilərə yol açmalıdır.

“Dünənki səsvermə Almaniyanın kansler və onun koalisiyasının əleyhinə səs verdiyini göstərdi. Şoltsun indi vəzifəsi yalnız birdir - əhalinin dəstəyi olmadan daha bir saat hakim olmaq əvəzinə yenidən seçkilərə yol açmaq”, deyə siyasətçi sosial şəbəkələrdə yazıb.

Bunacavab olaraq Almaniya Federativ Respublikası hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeşrayt bildirib ki, Almaniya hökuməti yenidən seçilməyi koalisiya partiyalarının uğursuzluğuna reaksiya kimi qiymətləndirmir.

"Heç bir an və heç bir saniyə Almaniyada yenidən seçkilər ideyası hökumətin gündəminə gəlməyib" deyən Hebeşreyt əlavə edib ki, parlamenti buraxan Fransa prezidenti Emmanuel Makronun nümunəsi iki ölkənin siyasi sistemlərindəki fərqə görə aktual deyil.

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Milli Assambleyanın buraxıldığını və növbədənkənar seçkilərin keçiriləcəyini açıqlamışdı. O, Fransanın “sülh və harmoniya içində hərəkət etməsi” üçün aydın parlament çoxluğuna ehtiyacı olduğunu vurğulayıb. Onun "Renessans" partiyası ilkin olaraq sağçı müxalif "Milli Birlik" blokunun yarısı qədər səs toplayıb.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
22
hit.az

10Mənbələr