AZ

Azərbaycanın iki yunan-Roma güləşçisi reytinq turnirində qızıl medal qazanıb

Bakı. TurkicWorld:

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

TurkicWorld-un məlumatına görə, yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib.

Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı Nao Kusakaya yenilib - 1:2.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc mükafat qazanıb.

Seçilən
98
10
turkic.world

10Mənbələr