AZ

Azərbaycanın iki güləşçisi reytinq turnirinin qalibi olub

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

Missiya.Az APA-a  istinadən xəbər verir ki, yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
10
missiya.az

10Mənbələr