AZ

Azərbaycanın iki yunan-Roma güləşçisi reytinq turnirində qızıl medal qazanıb

Bakı. Trend:

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtıBudapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

Trend-inməlumatına görə, yarışın sonuncu günündə Eldəniz Əzizli (55kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinətam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksəkpilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirliMustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion titulunayiyələnib.

Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı NaoKusakaya yenilib - 1:2.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindənMaqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram)isə bürünc mükafat qazanıb.

Məqalədə:
Seçilən
134
10
az.trend.az

10Mənbələr