AZ

2 güləşçimiz reytinq turnirində qızıl medal qazanıb

Image

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb. Yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib. Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı Nao Kusakaya yenilib - 1:2.

Mətləb Salahov






Seçilən
109
10
baki-xeber.com

10Mənbələr