AZ

Azərbaycanın iki yunan-Roma güləşçisi reytinq turnirində qızıl medal qazanıb

Azərbaycanın

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib.

Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı Nao Kusakaya yenilib - 1:2.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc mükafat qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
10
azertag.az

10Mənbələr