AZ

BMT baş katibi Ukrayna üzrə Qlobal sülh sammitində iştirak etməyəcək

"Rusiya bu sammitə dəvət edilməyib, növbəti sammitdə iştirak edə bilər..."
 
"Yalnız bütün tərəflərin masa arxasında olduğu təqdirdə bu sammitdən gerçək nəticələr gözləmək olar..."
 
BMT-nin baş katibi Antoniu Quterriş iyunun 15-16-da İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə baş katibin mətbuat katibi Stefan Düjarrik məlumat verib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
"O, sammitə qatılmayacaq, BMT müvafiq səviyyədə təmsil olunacaq", - mətbuat katibi vurğulayıb.
 
O, əlavə edib ki, sammitin təşkili ilə məşğul olan bütün tərəflər bu barədə məlumatlandırılıb.
 
Həmçinin bəlli olub ki, Argentina prezidenti Havyer Mikley də, böyük ehtimalla, Qlobal sülh sammitinə getməyəcək, çünki milli bayramlar zamanı öz ölkəsində olmağı planlaşdırır. Bu barədə "La Nacion" nəşri məlumat verib.
 
"Prezident Miley Ukrayna prezidenti Vladimir Zelenskinin dəvət etdiyi 15-16 iyunda İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyəcək", - məlumatda deyilir.
 
Jurnalistlər məlumat verib ki, Miley iyunin 12-15-də G7 ölkə liderlərinin görüşündə iştirak etmək üçün Avropaya yollanacaq, sonra Argentinaya qayıdacaq, daha sonra iyunun 22-24-də digər tədbirlərdə iştirak etmək üçün yenidən Avropaya gedəcək.
 
"Planların dəyişilməsi onunla bağlıdır ki, prezident 17 və 20 iyun milli bayramlar günü Argentinada olmaq istəyir, ona görə də iyunun 15-də ölkəyə dönəcək və iyunun 22-də Avropaya gedərək öz turnesini başa vuracaq", - nəşr qeyd edib.
 
Məlum olduğu kimi iyunun 17-də Argentinada Latın Amerikası azadlığının Milli Günü, iyunun 20-i isə Bayraq Günü kimi qeyd edilir.
 
İsveçrədə sammit-son xəbərlər
 
Xəbər verildiyi kimi, İsveçrə prezidenti Viola Amhred bəyan edib ki, Rusiya Ukraynada sülh üzrə növbəti konfransda iştirak edə bilər. Onun sözlərinə görə, əvvəlcə Rusiyanı birinci sammitə də dəvət etmək istəyiblər, lakin hələ dəvətdən öncə təcavüzkar ölkə bundan imtina edib.
 
Həmçinin bəlli olub ki, Macarıstan sülh sammitində iştirak edəcək, ölkəni XİN rəhbəri Peter Siyarto təmsil edəcək. Eyni zamanda o, Sankt-Peterburqa səfəri zamanı bəyan edib ki, Rusiya bu sammitə dəvət olunmalı idi. 
 
"Biz hesab edirik ki, bütün  tərəflər masa arxasında olduğu təqdirdə bu sammitdən gerçək nəticələr gözləmək olar. Bu dəfə bu, belə olmayıb, lakin biz İsveçrənin sülh səylərinə hörmət edirik, biz XİN rəhbəri səviyyəsində iştirak edəcəyik", - o, vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
34
moderator.az

10Mənbələr