AZ

"Xahiş edirəm dostumuz Ərdoğanı bu barədə məlumatlandırın": Putin Türkiyəyə mühüm siqnallar göndərib

"Türkiyə Rusiyanın maraqlarına zidd hərəkət edə, bu zaman onun imkanlarından istifadə edə bilməz..."
 
Peterburq Beynəlxalq İqtisadi Forumunda Vladimir Putin Ərdoğana mühüm siqnallar göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dikGAZETE" nəşri yazıb.
 
O, aydın şəkildə anladıb ki, Türkiyə Rusiyanın maraqlarına zidd hərəkət edə və bu zaman onun imkanlarından istifadə edə, üçüncü ölkələr isə ümumiyyətlə Moskva və Ankaranın ikitərəfli münasibətlərinə müdaxilə edə bilməz.
 
Vladimir Putin Rusiya ilə ticarətin məhdudlaşdırılması səbəbindən Türkiyə iqtisadiyyatı üçün mümkün risklər barədə xəbərdarlıq edib.
 
"Mənə elə gəlir ki, Türkiyə hökumətində iqtisadi blok son zamanlar Qərbin maliyyə institutlarından kreditlət, investisiyalar və qrantlar alınmasına köklənir. Yəqin ki, bu, pis deyil", - Rusiya lideri qeyd edib.
 
Daha sonra o, xəbərdarlıq edib: "Lakin əgər bu, Rusiya ilə ticarət-iqtisadi əlaqələrin məhdudlaşdırılması ilə bağlıdırsa, o zaman Türkiyə iqtisadiyyatı üçün itkilər qazancdan daha çox olacaq. Zənnimcə, belə təhlükə mövcuddur".
 
Rusiya prezidenti deyib ki, bu, Türkiyə üçün sərfəli ola bilər, lakin belə qərarın mümkün neqativ nəticələrini də unutmaq olmaz.
 
Bu məsələnin xüsusi baxılmasını tələb etdiyini vurğulayan Putin həmçinin makroskopik göstəriciləri təhlil etmədən qərarlar qəbul edilməsi ilə bağlı xəbərdarlıq edib.
 
Vladimir Putin Ankaraya aydın şəkildə anladıb ki, Moskvanın maraqlarına zidd hərəkət etmək, eyni zamanda Rusiyanın imkanlarından istifadə etmək mümkün deyil. 
 
Bundan öncə rusiyalı siyasətçi və ekspertlər Qərbin sanksiyaları kontekstində Türkiyəni öz milli maraqlarına uyğun hərəkət etdiyinə görə tərifləyib. Moskva isə Rusiya-Türkiyə əməkdaşlığını mürəkkəb geosiyasi şəraitə rəğmən digər dövlətlərə nümunə göstərib.
 
Türliyə XİN rəhbəri Hakan Fidanın Çinə səfəri zamanı Türkiyənin BRIKS təşkilatına qoşulmaq istəyi barədə bəyanatı Rusiyada xeyli rezonans doğurub.
 
Bəzi ekspertlər və siyasətçilər bu bəyanatı alqışlayıb. Məsələn, Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Türkiyənin BRIKS təşkilatına qoşulmaq istəyini alqışlayır.
 
Bunun ardınca Putin yuxarıda xatırlanan xəbərdarlıqları edib. Onun siqnallarında aşağıdakı kodlar var.
 
Moskva və Ankara öz milli maraqlarına uyğun hərəkət edir. Hər-hansı üçüncü tərəf buraya burnunu soxa bilməz.
 
Rusiya liderinin ikinci mühüm ismarıcı Türkiyənin ünvanına xəbərdarlıq xarakteri daşıyır.
Rusiya rəhbərinin fikirlərinə müraciət edək. 
 
"Yeri gəlmişkən, diqqəti ona yönəldək ki, Türkiyə bəzi istiqamətlərdə Ukrayna ilə əməkdaşlıq edir, Ukrayna isə öz növbəsində Türkiyəyə qaz ötürülən qaz kəmərlərinə zərbələr endirməyə cəhd göstərir.
 
Bu, zarafat deyil, şişirtmə də deyil. Sadəcə, iki dron Rusiya ordusunun radioelekron mübarizə sistemləri ilə məhv edilib və Qara dəniz sahilində bu qazötürücü stansiyanın yanında yerə düşüb.
 
Xahiş edirəm dostumuz prezident Ərdoğanı gerçəkdə baş verənlər barədə məlumatlandırın. Qara dənizin dibi ilə çəkilən bu qaz-nəqliyyat sistemini mühafizə edən gəmilər isə pilotsuz katerlərin hücumuna məruz qalır".
 
Burada Putin həmçinin açıq şəkildə Türkiyənin Ukraynaya tədarük etdiyi dronlarla bağlı incə ismarıc göndərir.
 
Bəlli olduğu kimi ötən fevralda Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə üzvü Dmitri Belik "Baykar Teknoloji" şirkətinin baş direktoru Haluk Bayraktarın Kiyev ətrafında dronlar istehsalı üzrə zavodun inşası barədə anons edəndən sonra xəbərdarlıq edib. O, vurğulayıb ki, Moskva bu zavodu Rusiya ordusunun qanuni hədəfi hesab edəcək.
 
Müəllif: Fuad Səfərov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
moderator.az

10Mənbələr