Qeyri-sabit hava şəraiti ilə əlaqədar Zaqatala və Qax rayonlarında elektrik enerjisi kəsilib.
"Report"un məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.
"Azərişıq" ASC-nin Şimal-Qərb Regional İdarəsindən "Report"a bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar. Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür.
www.anews.az