AZ

Leysan yağışları Qəbələdə də fəsadlar yaratdı - FOTO

Gecə saatlarında Qəbələ rayonu ərazisində qısamüddətli leysan yağışları yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir saata yaxın davam edən leysan yağıları həm də güclü küləklə müşahidə edilib. 

Qısa müddətdən sonra şəhərin küçələrində sel-sular artıb, suyun gətirdiyi lil və ağac qırıntıları artmağa başlayıb. Sel-sular həyətlərə, eləcə də obyektlərə dolub.  Ərazidə bir neçə irigövdəli ağac aşsa da təhlükə yaratmayıb. Təhlükəsizlik baxımından rayona verilən elektrik enerjisi bir müddətlik dayandırılıb. 

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, leysan və külək dayanandan sonra müvafiq qurumlar hərəkətə keçib. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılıb.  Elektrik enerjisinin verilməsi bərpa olunub. 

 


 Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
7
bizim.media

10Mənbələr