AZ

Zaqatalada külək ağacları elektrik xətlərinin üzərinə aşırdı

Güclü külək Zaqatalada fəsadlar törədib.

KONKRET.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarında hava şəraitinin kəskin dəyişməsi və güclü küləyin olması səbəbindən Zaqatala şəhəri və rayonun bir sıra yaşayış məntəqələrində ağaclar elektrik xətlərinin üzərinə aşıb.

Rayonun Makov kəndi ərazisində bir neçə elektrik dirəyinin aşması nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda müvafiq qurumlar ərazilərdə qırılmış elektrik naqillərinin bərpa edilməsi istiqamətində işlər aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
7
konkret.az

7Mənbələr