AZ

Zaqatala və Balakəndə ağaclar elektrik naqillərinin üzərinə aşdı - FOTO

Gecə saatlarından başlayaraq Balakən və Zaqatala rayonları ərazisində hava şəraiti kəskin dəyişib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər iki rayonda güclü küləklə müşahidə olunan qısamüddətli leysan xarakterli yağış yağıb.

Nəticədə Balakənin Katex, Zaqatalanın Makov yaşayış məntəqələrini əhatə edən ərazilərdə bir neçə yerdə ağaclar elektrik naqillərinin üzərinə aşıb. Zaqatala ərazisində bir neçə köhnə elektrik dirəyi küləyin təsirindən yıxılıb. Təhlükəsizlik tədbirləri olaraq ərazilərə verilən elektrik enerjisi dayandırılıb. 

Külək ara verəndən sonra müvafiq qurumların əməkdaşları elektrik dirəklərini və naqilləri bərpa edib, eləcə də yəxılan ağacların qırıntılarını təmizləyiblər. 

Gecə bölgə rayonlarında fasilələrlə yağış yağsa də güclü küləklər müşahidə edilməyib. 

Şimal-Qərb bölgəsinin çaylarında sululuq artıb, lakin sel təhlükəsinə qarşı tədbirlər görülməkdədir.  

 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
7
bizim.media

7Mənbələr