AZ

Ukrayna Aİ ilə üzvlük barədə danışıqlara başlayacaq – FT


Avropa Komissiyası (AK) bu ay Ukrayna ilə Avropa İttifaqına (Aİ) üzvlük üçün danışıqlara başlamağı tövsiyə etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunub ki, AK Macarıstanın Aİ-yə sədrliyi başlamazdan əvvəl Ukraynaya dəstəyini bu şəkildə nümayiş etdirmək istəyir.
Belə ki, komissiya cümə günü Ukraynanın ittifaqa qoşulmaq üçün lazımi meyarlara cavab verdiyini elan edəcək.
Qəzetin məlumatına görə, cümə günü Moldovanın Aİ-yə daxil olması da müzakirə olunacaq. Eyni zamanda, Aİ Gürcüstanın xarici agentlərlə bağlı qəbul etdiyi və Avropa ölkələrinin dəfələrlə tənqid etdiyi qanuna görə Gürcüstanın üzvlük məsələsinə toxunmayacaq.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Brüssel danışıqların ilk raundunu Macarıstanın sədrliyi başlamazdan əvvəl, iyunun 25-də keçirməyə ümid edir.
Qeyd edək ki, mayın 29-da “Politico” qəzeti də adı açıqlanmayan rəsmiyə istinadla Aİ rəsmilərinin Aİ Şurasına sədrlik Macarıstana keçənə qədər Ukraynanın ittifaqa qoşulması ilə bağlı danışıqlara başlamaq istədiklərini bildirib.
Nəşrin yazdığına görə, Ukrayna AK-nin Ukrayna ilə bağlı son hesabatında tövsiyə edilən bəzi tədbirləri artıq həyata keçirsə də, Macarıstanın hələ də təkcə macarların deyil, Ukraynadakı digər etnik azlıqların da hüquqlarının müdafiəsi ilə bağlı etirazları var.
Seçilən
130
28
yeniavaz.com

10Mənbələr