AZ

Moldova: Aİ-yə daxil olmaq tələblər yerinə yetirilib

Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq üçün Brüsselin bütün tövsiyələrini yerinə yetirib və indi danışıqların rəsmi qaydada başlanmasını gözləmək qalır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Moldovanın Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib. 

"Moldova inamla Aİ-yə daxil olmaq üzrə danışıqların rəsmi başlanmasına doğru irəliləyir", - Gerasimova qeyd edib. 

Bundan əvvəl Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Aİ ölkələrinin daimi nümayəndələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi ilə razılaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
28
iqtisadiyyat.az

10Mənbələr