AZ

AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib

Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərin səfirlərinə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün zəruri olan tələblərə əməl etmələrinin müsbət qiymətləndirilməsini təqdim edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə \"Interfax-Ukraine” agentliyi Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasının nəticələri ilə tanış olan yüksək səviyyəli diplomata istinadən bildirib.

Diplomatik mənbənin sözlərinə görə, Avropa Komissiyası həm Ukrayna, həm də Moldovanın danışıqlara başlamaq üçün lazım olan bütün addımları tam yerinə yetirdiyini təsdiqləyib.

Eyni zamanda, yüksək səviyyəli diplomat bunun ardınca üzv dövlətlərlə müzakirələrin aparılacağını açıqlayıb. O, həmçinin milli azlıqlar məsələsinin həll olunmadığını əsas gətirərək, Macarıstanın danışıqlara başlamaq qərarına qarşı çıxacağını istisna etməyib.

Moldova mətbuatı isə yazıb ki, danışıqlara başlamaq tövsiyəsinin rəsmi bəyanata daxil edilməsi ilə bağlı yekun qərar gələn çərşənbə günü Aİ-yə üzv ölkələrin səfirləri tərəfindən qəbul ediləcək. İyunun 27-28-də keçiriləcək sammitdə isə Aİ liderləri üzvlük danışıqları ilə bağlı rəsmi qərar verəcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
28
azxeber.com

10Mənbələr