Bu gün futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Avro-2024-ün iştirakçısı Albaniya ilə üz-üzə gələcək.
Publika.az xəbər verir ki, matç Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək. Görüşü macarıstanlı Mihay Kapralinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi yoldaşlıq görüşü çərçivəsində iyunun 11-də Qazaxıstan ilə qarşılaşacaq.