AZ

Albaniyada AVRO-2024 ilə bağlı siyasi qalmaqal yarandı: "Bu, biabırçılıqdır"

Albaniyada deputatların əksəriyyətinin yığmalarını AVRO-2024-də dəstəkləmək üçün Almaniyaya gedəcəyindən parlamentin iclası ləğv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Rəsmilərin AVRO-2024-ə səfəri ilə əlaqədar parlamentin iclasları 10 gün keçirilməyəcək. 

Bundan əlavə, parlamentin bu həftə keçiriləcək plenar iclası cümə axşamından çərşənbə gününə keçirilib, gələn həftəyə planlaşdırılan iclas isə ləğv edilib.

Albaniya Demokratik Partiyasının rəhbəri Qazment Bardi baş nazir Edi Ramaya müraciət edərək vəziyyətə tənqidi reaksiya verib.

"Vətəndaşlara sessiyanın cümə axşamından çərşənbə gününə keçirilməsinin təhqiredici səbəbini izah etməli olacaqsınız. Siz müxalifətlə məsləhətləşmədən birtərəfli qərar verdiniz. Səbəb Avroya səfərdirsə, bu, biabırçılıqdır", deyə Bardi bildirib.

Xatırladaq ki, Albaniya millisi iyunun 15-də İtaliya ilə, iyunun 19-da Xorvatiya ilə, iyunun 24-də isə qrup mərhələsinin son oyununda İspaniya ilə qarşılaşacaq.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
47
qaynarinfo.az

10Mənbələr