AZ

Spalletti: Avro-2024-də son çempion kimi iştirak üstünlükdür

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti 2024-cü il Avropa çempionatından gözləntilərini bölüşüb.

“İki sahil” xəbər verir ki, mütəxəssis bu turnirdə son Avropa çempionu kimi iştirak etməyin üstünlük yaratdığını deyib: “Məncə, çempion kimi turnirdə iştirak etmək üstünlükdür. Amma biz lap əvvəldən başa düşməliyik ki, özümüzü mövcud çempionlar kimi aparmalıyıq. Tez-tez haqqımızda deyirlər ki, müdafiədə yaxşıyıq, əks-hücumlarda açığıq. Amma İtaliya millisində yanaşma dəyişir. Biz istəyirik ki, oyunçular irəli getsinlər və gözləməsinlər. Biz komanda olaraq pressinq etmək və müdafiə olunmaq istəyirik”.

İtaliya Avro-2024-ün qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
47
ikisahil.az

10Mənbələr