Türkiyə millisinin üzvü Ozan Kabak Avro-2024-ü buraxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi ötən gün İtaliya millisi ilə yoldaşlıq oyununda (0:0) zədələnib. Futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. Bununla da onun Avro-2024-ü buraxacağı məlum olub.
Qeyd edək ki, daha əvvəl hücumçu Enes Ünal və digər müdafiəçi Çağlar Söyüncünün də eyni səbəbdən Avro-2024-də iştirak etməyəcəyi açıqlanmışdı.
Xatırladaq ki, 2024-cü il Avropa çempionatı 14 iyun - 14 iyul tarixlərində keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta