AZ

Nazir: Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır

Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakı Enerji Forumunun açılışında çıxışı zamanı deyib.

“Bu il biz ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR), o cümlədən Türkiyədən təbii qaz aldıq. Türkiyənin sərhəd qonşusu olmayan, bu dövlətdən qaz idxal edən ilk ölkə olduq. Biz Qətərlə də bu istiqamətdə danışıqlar aparırıq. 2027-ci ildən onların yeni mənbələri və ya bəzi müqavilələri olduqda, Qətər qazını enerji sistemimizə daxil edə biləcəyik”, - o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
ikisahil.az

10Mənbələr