Şəkidə yol qəzası olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.
Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.azpolitika.info/storage/news/6adc001be0f91c330c2740027d4def25/23ecf689-9aef-4db7-9622-22dacc579593_230.jpg)