Dünən ABŞ hökumətinin iki rəsmisi ayrı-ayrı bəyanatlarda SEPAH-ı dünya üçün təhlükə adlandırıb və dünyada terror təşkilatı kimi tanınmasına dəstək verib.Avropa.info “Azadİran”a istinadən xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli bununla bağlı “X” hesabında yazıb:“Biz SEPAH-ı dünya səviyyəsində terror təşkilatı adlandırmaq səylərinə dəstək veririk. Amerika SEPAH-ı terror təşkilatı kimi tanıyır və onu dünya üçün təhlükə hesab edir”.ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel isə keçirdiyi mətbuat konfransında SEPAH-ın İranda müxalifləri öldürməsinə toxunaraq deyib:“İcazə verin, açıq deyim ki, SEPAH dünya üçün təhlükədir. Biz SEPAH-ın terror təşkilatı adlanmasını tam dəstəkləyirik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta