AZ

KİV: Bəzi Aİ ölkələri SEPAH-ı terror təşkilatı kimi tanımaq istəyir

Almaniya da daxil olmaqla bir sıra Avropa İttifaqına (Aİ) üzv dövlətlər Düsseldorf Ali Regional Məhkəməsinin qərarına əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran silahlı qüvvələrinin elit bölməsi) terror təşkilatı kimi təsnif edilməsini istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. 

Agentlik qeyd edib ki, Almaniyanın Aİ-dəki nümayəndə heyətinin tələbi ilə Aİ Şurasının hüquq xidməti yoxlama aparıb və təsdiqləyib ki, dekabrda Düsseldorfda qəbul edilmiş qərar SEPAH-ı siyahıya əlavə etmək üçün kifayət qədər əsas ola bilər. 

DPA iddia edib ki, məhkəmə qərarı 2022-ci ildə Bohumda sinaqoqu yandırmağa cəhddə İranın dövlət qurumunu günahlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
3
operativmedia.az

10Mənbələr