AZ

Vaşinqtondan SEPAH barədə AÇIQLAMA

ABŞ hökumətinin iki rəsmisi ayrı-ayrı bəyanatlarda SEPAH-ı dünya üçün təhlükə adlandırıb və Əli Xameneyinin nəzarəti altında olan SEPAH-ın dünyada terror təşkilatı kimi tanınmasına dəstək verib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Abram Peyli bununla bağlı “X” hesabında yazıb.

“Biz SEPAH-ı dünya səviyyəsində terror təşkilatı adlandırmaq səylərinə dəstək veririk. Amerika SEPAH-ı terror təşkilatı kimi tanıyır və onu dünya üçün təhlükə hesab edir”, – deyə paylaşımda qeyd olunub.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel isə keçirdiyi mətbuat konfransında SEPAH-ın İranda müxalifləri öldürməsinə toxunaraq deyib:

“İcazə verin, açıq deyim ki, SEPAH dünya üçün təhlükədir. Biz SEPAH-ın terror təşkilatı adlanmasını tam dəstəkləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
3
nocomment.az

10Mənbələr