AZ

Avropa ölkələri SEPAH-ı terror təşkilatları siyahısına sala bilər

Almaniya başda olmaqla, bir sıra Avropa ölkələri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) adının Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsi üçün birliyə təzyiq edir.

Bu barədə "Focus" saytı və Almaniyanın DPA xəbər agentliyi Avropa diplomatlarına istinadən məlumat yayıb.

"Almaniyanın Avropa Birliyindəki nümayəndə heyətinin tələbi ilə Avropa Birliyi Şurasının Hüquq Xidməti 2023-cü ilin dekabrında Almaniyanın Düsseldorf şəhərində çıxarılan qərarın SEPAH-ı Avropa Birliyinin terrorçu siyahısına salmaq üçün əsas ola biləcəyini nəzərdən keçirib və təsdiqləyib",- məlumatda bildirilib.

Xatrladaq ki, ötən ilin dekabr ayında Düsseldorf məhkəməsi Almaniyanın qərbindəki Bohum şəhərində sinaqoqa hücum edərək onu yandırmaqda təqsirli bilinən İran-Almaniya vətəndaşını 2 il 9 ay həbs cəzasına məhkum edib.

Düsseldorf məhkəməsi hökm çıxarılarkən bu hücumun “İran hökumət təşkilatlarının” köməyi ilə planlaşdırıldığını vurğulamışdı.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi İranın bu ölkədəki müvəqqəti işlər vəkilini də çağırıb və hadisəyə görə Tehrana etirazını bildirmişdi.

Almaniya təhlükəsizlik nümayəndələri terror hücumunu həyata keçirməyə cəhd göstərən Babək.C adlı 36 yaşlı İran əsilli şəxsin İranda yaşayan və SEPAH-a bağlı Ramin Yektapərəst tərəfindən işə cəlb olunduğunu deyiblər.

Qeyd edək ki, Almaniyada axtarışda olan və silsilə cinayətlərdə günahlandırıldığı üçün İrana qaçan Ramin Yektapərəstin mayın əvvəlində MOSSAD tərəfindən Tehranda öldürüldüyü barədə məlumatlar yayılıb.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
8
visiontv.az

10Mənbələr