Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı 3 polis yaralanıb.
***
İrəvanda Xarici İşlər Nazirliyinin binası yaxınlığında polislə nümayişçilər arasında toqquşmalar başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, tərəflər bir-birinə butulka atırlar.
Yayılan son məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həbslərə başlayıb. Həbs olunanlar arasında “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Qarnik Danielyan da var.