AZ

İrəvanda Paşinyan əleyhdarlarının aksiyaları davam edir –240 NƏFƏR SAXLANILIB

İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.


“Armenia Today” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.


Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.

**10:58

Ermənistan polisi artıq 196 etirazçını saxlayıb.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis bölməsinə aparılıblar.

 

** 09:42

Bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıblar. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə onlar İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.


İrəvanda hələlik 67 etirazçının saxlanıldığı bildirilir.


Senzor.az



 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
50
senzor.az

10Mənbələr