AZ

“İrəvanda etirazçıları qızışdırıb qan tökmək istəyirlər” - Qabil Hüseynli

“Ermənistanda baş verənlər təəccüblü gəlişmədir. Ölkənin konstitutsiyası, kütləvi tədbirlərin keçirilməsi haqqında qanunu var. Bunlar isə çoxdan bütün "qırmızı xətlər"i ötüb keçiblər. Hərbçilər də, polis də işə qarışıb”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, "Vətən naminə" hətəkatının lideri Baqrat Qalstanyanın təxribatçı addımları ilə bağlı sərt tədbirlərin görülməsinin vaxtının çatdığını bildirib:

“Belə görünür ki, Robert Köçəryan, Serj Sərkisyan etirazçıları qızışdırırlar ki, ölkədə qan tökülsün. Qan töküləndə də hakimiyyəti günahlandırsınlar. Ona görə də bu adamları həbsxanalara atmaq lazımdır. Dövlətin üstünə gəlirlər, özlərini qana bulaşdırmaq istəyirlər.

Burda etirazlar Rusiyanın əliylə baş verir. Robert Köçəryan və Serj Sərkisyan Rusiya agentləridir. Onlar Rusiyadan aldıqları komandanı əmr kimi yerinə yerinə yetirirlər”.
Qeyd edək ki, hazırda Ermənistanda vəziyyət gərginləşib. Keşiş Baqrat Qalstanyan və etirazçılar Xarici İşlər Nazirliyinin binasının qarşısında toplaşıblar. Qalstanyan etirazçılara nazirliyin binasına basqın etməyi əmr verib. Əraziyə polis qüvvələri yeridilib və vəziyyət gərgin olaraq qalır.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
bakupost.az

10Mənbələr