AZ

Yerevan: XİN binası qarşısında "toqquşma başlayıb"

Bu gün Ermənistan XİN-in binası qarşısında etirazçılarla polis arasında toqquşma başlayıb.

Yerli media xəbər verib ki, etirazçılar polisin xəbərdarlığına əməl etməyiblər, zorla binaya soxulmağa cəhd ediblər.

Əraziyə xüsusi təyinatlı polis daxıl oldu. Polis güc tətbiq edərək etirazçıları ərazidən çıxarmağa çalışır, yerli media xəbər verib.

Bundan az əvvəl, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, “Tavuş vətən naminə” etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan xarici işlər nazirinə çıxıb onlara cavab vermək üçün yarım saat vaxt vermiş və əks təqdirdə etirazçıların binaya daxil olacaqlarını demişdi.

“Əgər siz enib, ictimaiyyətə açıqlama verməsəniz, bu o demək olacaq ki, siz satqınsınız, agentsiniz və ona görə də Ermənistan Respublikasına deyil, Türkiyə və Azərbaycan hakimiyyətinə xidmət edirsiniz”, - Qalstanyan qeyd edib.

O deyib ki, etirazçılar təhlükəsizlik qüvvələrinin sayına baxmayaraq, binaya daxil olacaqlar, “nəsə olarsa, XİN rəhbəri məsuliyyət daşıyacaq.

Daha əvvəl Baqrat Qalstanyan XİN qarşısında çıxışında Ermənistan rəhbərliyi və XİN-i “düşmən ölkə - Azərbaycan və Türkiyə - rəsmiləri” tərəfindən Ermənistanın ünvanına səslənən təhqirlərə cavab verməməkdə günahlandırmıçdı.

Türkşünas kimi təqdim edilən aksiya iştirakçısı Varujan Geğamyan deyib ki, bu etiraz aksiyaları Azərbaycan və Türkiyəni çox narahat edir .

“Bu o deməkdir ki, xalqımızın başladığı mübarizə Türkiyənin və Azərbaycanın maraqlarına uyğun gəlmir. Və bu onları narahat edirsə, deməli, biz düzgün iş görürük. Deməli, bizim müqəddəs mübarizəmiz həqiqətən haqlı mübarizədir”, - o dedi.

Çərşənbə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev Xocalıya qayıdan sakinlərlə görüşüründə Ermənistanda baş verənləri izlədiyini bildirib.

“Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq”, - İlham Əliyev deyib, Azərtac yazıb.

Ötən gün İzmirdə bir tədbirdə çıxış edən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbyacan-Ermənistan münasibətlərindən və dolayısı ilə Ermənistandakı aksiyalardan danışıb.

“Erməni xalqı gələcəyinin xaricdə "qəzəl" oxuyanlarda, təhrik edənlərdə deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”, - Türkiyə Prezidenti deyib, İctimai Tv bildirib.

Erdoğan, həmçinin qeyd edib ki, hazırda Ermənistanla Azərbaycan arasında qalıcı sülh üçün tarixi fürsət var.

“Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə qalıcı sülh üçün tarixi fürsət pəncərəsi açıb və məncə, bu fürsət əldən verilməməlidir. Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda, Azərbaycanla sülhə daha yaxın olacaq”, - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
43
bbc.com

10Mənbələr