AZ

Keşiş Baqrat “iki stul”u seçdi-ilginc gəlişmə  

 

Arxiyepiskop Baqrat Qalstanyan Ermənistan hakimiyyətinin atdığı addımları yamsılamağa başlayıb. O, Nikol Paşinyanın yolu ilə gedərək “iki stul siyasəti”nə üstünlük verməyi qərarlaşdırıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Qalstanyan axşam mitinqindən əvvəl ingilis və rus dillərində Ermənistanın beynəlxalq tərəfdaşlarına müraciəti lentə alıb.

Əsas mesaj ondan ibarətdir ki, Ermənistan ictimaiyyəti dünya ilə, bütün xarici tərəfdaşlarla vicdanlı münasibətlər qurmağa hazırdır.

“Biz müttəfiqlik əlaqələrini kəsməməli, dialoq və maraqların koordinasiyası yolu ilə, mövcud müttəfiqlik münasibətlərini müntəzəm olaraq inkişaf etdirməli, eyni zamanda bütün istiqamətlərdə əlaqələri dərinləşdirərək müttəfiqlərin, tərəfdaşların və dostların sayını artırmalıyıq”,- keşiş Baqrat bildirib.

Qeyd edək ki, B.Qalstanyan bugünkü mitinqi həlledici aksiya elan edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
musavat.com

10Mənbələr