AZ

Revanşist keşiş ABŞ səfirini TƏNQİD ETDİ

Revanşist keşiş Baqrat Qalstanyan İstintaq Komitəsində etiraz aksiyası keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, oraya getməzdən əvvəl hərəkat iştirakçıları Komitas prospektində yerləşən Müqəddəs Xaç Kilsəsinin həyətinə toplaşıblar.

Qalstanyanın sözlərinə görə, bu gündən etibarən hərəkatın diplomatları bütün səfirliklərə, Aİ-nin Ermənistandakı nümayəndəliyinə baş çəkəcək.

Baqrat Qalstanyan Nikol Paşinyanın keçmiş tərəfdaşı Edmon Marukyan tərəfindən irəli sürülən növbədənkənar seçki mövzusundan da danışıb.

“Bu mövzuya toxunmayaq, bu barədə danışmayaq. Vaxtı gələndə bu barədə danışacağıq”, - deyə Srbazan bildirib.

Revanşist keşiş ABŞ səfirini də tənqid edib.

“40 polis bir nəfəri döyərkən ABŞ səfiri necə polis islahatlarından danışa bilər, bu islahatlara külli miqdarda vəsait ayıra bilər? Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Ovannisyan XİN binasının yaxınlığında içəriyə sürüklənib və on nəfər onun başına zərbələr endirilib. Bu, ikiüzlülük deyilmi? Əvvəllər bir adamı üç polis döyürdüsə, indi qırxı vurur”, - deyə Baqrat Qalstanyan bildirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
50
musavat.com

10Mənbələr