AZ

İnqilabçı keşiş bugünki mitinq məkanının adını gizli saxladı

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər erməni keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatı ölkədə ardıcıl mitinqlər keçirir, polislərlə radikallar arasında toqquşmalar baş verir. Bu gün isə sosial şəbəkələrin erməni seqmentində arxiyepiskopun sürpriz aksiya təşkil edəcəyi barədə məlumatlar dolaşıb.

"Milli Cəbhə" Telegram kanalının yaydığı məlumata görə, keşiş əvvəlki anonslarından fərqli olaraq bu gün təşkil edəcəyi yürüşün ünvanı barədə bilərəkdən məlumat verməyib: "Əziz dostlar, bu gün bizim üçün çox maraqlı bir gün olacaq. Xüsusilə bu axşam saatlarında olacaq. Baqrat Srbazanın dünən elan etdiyi kimi, axşam biz harasa yürüş edəcəyik. Amma keşiş dəqiq hara gedəcəyimizi demədi. Bu məkanın hara olacağını təxmin edə bilərsinizmi? Bu gün saat 19:00-da Müqəddəs Anna kilsəsinin həyətində görüşəcəyik. Qalan məsələləri o məkanda, yerindəcə öyrənəcəyik". 

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
news365.az

10Mənbələr