AZ

Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi

Azərbaycanın keçmiş müdafiə naziri vəfat etdi

Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib.Bu barədə Moderator.az məlumat yayıb.Bildirilib ki, general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.Xatırladaq ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə isə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.

Seçilən
177
38
afn.az

10Mənbələr