AZ

Azərbaycanda məşhur general vəfat etdi - FOTO

Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib.

Bu barədə bildirilib ki, general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində işləyib. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə isə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
38
arazmedia.az

10Mənbələr