AZ

Qubad İbadoğlu barəsindəki qətimkan tədbiri dəyişdirildi

Bir müddət öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun istintaq müddəti uzadılıb.

Sabah.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat paylaşıb.

O bildirib ki, istintaq orqanı tərəfindən Q.İbadoğlu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməməklə bağlı qətimkan tədbiri ilə əvəz olunub. Onun ayağına taxılan elektron qolbaq açılıb. Həmçinin istintaq müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.

Xatırladaq ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

Bu il aprelin 22-si Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
18
sabah.az

10Mənbələr