AZ

Qubad İbadoğlunun istintaq müddəti uzadıldı – Elektron qolbaq açıldı


Qubad İbadoğlunun istintaq müddəti daha 3 ay avqustun 20-dək uzadılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul sosial media hesabında məlumat dərc edib.
“Bu hazırkı qurama cinayət işinə münasibətdə maksimum istintaq müddətidir. 3 aylıq müddətin 2 ayı polisin (“Bandotdel”in) təşəbbüsü, 1 ayı isə Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatı ilə artırılıb. Bundan əlavə “Bandotdel”in İstintaq İdarəsinin baş müstəntiqi Yusif Yusifovun qərarı ilə qardaşım haqqında seçilmiş “Ev dustaqlığı” qətimkan tədbiri “Polis nəzarətinə vermə” ilə əvəz olunub”, - Qalib Toğrul bildirib.
O qeyd edib ki, Q. İbadoğlunun ayağına taxılan elektron qolbaq açılıb.
Xatırladaq ki, Qubad İbadoğlunu ötən il iyulun 23-də həyat yoldaşı ilə birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Həmin gün axşam onun adına olan, lakin ofis kimi istifadə edilən mənzildə axtarış aparılıb və 20 min dollar pul tapıldığı bildirilib. Həmin pulların bir hissəsinin saxta olduğu iddia edilir. Bu əsasla da ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Q.İbadoğlu həmin pulların oraya öncədən yerləşdirildiyini və bu ittihamın əsassız olduğunu, siyasi sifarişlə həbs edildiyini söyləyib.
İstintaqın gedişində - avqustun 25-də ona CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsi ilə yeni ittiham verilib. İqtisadçı bu ittihamın da absurd olduğunu söyləyərək ifadə verməkdən imtina edib.
Ötən il, noyabrın 16-da və bu il fevralın 15-də məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.
Aprelin 18-də isə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
3
yeniavaz.com

10Mənbələr