AZ

Qubad İbadoğlu ilə bağlı QƏRAR VERİLDİ



Qubad İbadoğlunun istintaq müddəti uzadılıb.

aia.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat paylaşıb.

İstintaq orqanı tərəfindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməməklə bağlı qətimkan tədbiri ilə əvəz olunub. Onun ayağına taxılan elektron qolbaq açılıb.

Həmçinin istintaq orqanı tərəfindən istintaq müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
18
aia.az

10Mənbələr